Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Övladını 6 ay şkafda gizlətdi - Onların evində "canlı kukla" var... - FOTO

Övladını 6 ay şkafda gizlətdi - Onların evində

Tarix: 2 Aprel 2022 00:24

Rusiyanın Karpinsk şəhər məhkəməsində çoxuşaqlı ana Yuliya Zıkovaya hökm oxunub.

Milli.Az rus mediasına istinadən xəbər verir ki, qadının amansızlığı bütün şəhəri şoka salıb. Bəlli olub ki, ana azyaşlı uşağını şkafda bir neçə ay çantada saxlayıb. Vəziyyəti ağır olan uşağı helikopterlə Yekaterinburqa aparıblar, həkimlər qızın həyatını güclə xilas ediblər.

Tapıntını isə qadının 13 yaşlı oğlu edib. Şkafda körpə səsini eşidib onşuya deyib. Yulianın dörd yaşlı qızı da tez-tez müəllimlərinə deyirdi ki, onların evində "canlı kukla" yaşayır. Amma uşaq bağçasında buna heç kim inanmayıb.

Beləliklə, 2020-ci il aprelin 29-dan oktyabrın 7-dək qadın yeni doğulmuş uşağını sistemli şəkildə  qidasız və susuz qoyub, idman çantasına qoyub şkafda kilidləyib. Nəticədə uşaqda hipoksiya, asfiksiya, yad cisimlərin düşməsi nəticəsində zədələnmə riski yaranıb.

Əvvəlcə anaya qarşı "yetkinlik yaşına çatmayan uşağı öldürməyə cəhd" maddəsi ilə ittiham irəli sürülüb. Amma sonradan cinayət işinin tərkibi daha az ağır maddələr - "İşgəncə", "Yetkinlik yaşına çatmayanı böyütmək üzrə vəzifələri yerinə yetirməmə", "Qəsdən sağlamlığa orta ağır zərər vurma" maddələri əlavə edilib.

Karpinski şəhər məhkəməsi qadını ümumi rejimli islah koloniyasında çəkərək 60 min rubl cərimə ilə 5 il müddətinə azadlıqdan məhrum edib. Amma o, cəzasını yalnız ortancılının (böyük qızı) 14 yaşı tamam olanda çəkəcək. Yəni 10 ildən sonra.

Anar Əli
Milli.Az


Etiketlər:  Övladını 6 ay şkafda gizlətdi Onların evində canlı kukla var FOTO


RƏYLƏR