Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Kosmetologiya nədir?

Kosmetologiya nədir?

Tarix: 2 Aprel 2022 20:03

Kosmetologiya estetik problemlərin həlli ilə məşğul olan elmdir.Bu elm qzünəməxsus vasitələrlə insanın xarici görkəmindəki qüsurları aradan götürməklə məşğul olur.Kosmetoloji problemlər kosmetoloq həkimkər tərəfidən müxtəkif üsullarla aparılır.Bu üsullara dermotolegiyanın inkişafı nəticəsində aparılan dermotoloji fizioterapevtik , bərpaedici,kosmetik kimya sahəsində istifadə olunan vasitələrlə aparılan müalicə üsulları aiddir.
Kosmetolji müalicə iki üsulla aparılır
1 Terapevtik kosmetoloji müalicə
2 Cərrahi kosmetoloji müalicə
Terapevtik kosmetologiya aşağıdakı üsullarla müalicə aparılır:
-dərinin xüsusi maddələrlə təmizlənməsi,qidalandırılması
-dərinin massajı
-iynəbatırma üsulu ilə müalicə(mezoteratiya,botulinoterapiya,kontur plastikası)
-fizoterapevtik üsullar(lazer terapiyası ı,fototerapiya,maqnit terapiyası, ultrasəs və s)
Cərrahi kosmetologiyda isə pasiyentə cərrahi müdaxilə olunur.
Dəri mürəkkəb orqa olub insanın daxili ilə xarici mühit arasında qoruyucu bir rol oynayır.Lakin bəzən dəridə etiologiyası məlum olmayan səbəblərdən müxtəlif cür xəstəliklər əmələ gəlir ki bu cür xəstəlikləri kosmetoloji üsullarla ardan qaldırmaq lazım gəlir.
Dəridə xoşagəlməyən görünüşlərdən biri də qırışlardır .İnsalar yaşlaşdıqca təbii olaraq dəri də özunun əvvəlki təravətini itirir.
Dərini gözəl göstərməyin üsullarından biri kosmetolq həkimlər tərəfindən həyata keçirilən BOTOX əməliyyatıdır.
BOTOX NƏDİR?
Botox botulizm toksinidir. Bu toksin iynə vasitəsilə mimiki əzələlərin hərəkəti sayəsində dərinin qırışmış hissələrinə yeridilir.Bu zaman toksin yeridilən hissədə sinirlərin oyanıqlığı müvəqqəti olraq dayanir yəni donur.Bu proses həyata keçirilən zaman ağrı hissi olmur. Ancaq yenə də proses başlamamışdan əvvəl pasiyentin üzünə buz qoymaq məsləhət görülür.
Botox üzün hansı hissələrinə tətbiq olunur.
- alın nahiyəyə
- qaşla arsını gizgilərə
- göz kənarı qırışlarına
- qaşın alt hissəsinə(qaşı yuxarı qaldırmaq üçün)
Bəzi vaxtlar isə burun ətrafı qırışıqlıqlara ,üst dodaklara,boyun gizgilərinə,üzdə asımmetriya varsa asimmetrik bölgələrə də botox iynəsi vurulur. İynə vurulduqdan 3-7 gün sonra təsiri görünür.İki həftədən sonra isə tam istenilən nəticə əldə olur.Ən yaxşı görünüş 1 ay sonra baş verir.Botox öz təsirini 4-6 aya qədər davam etdirir.Botox iynəsinin təsiri hər pasiyentə görə dəyişir.


Etiketlər:  Kosmetologiya nədir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ