Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 Aprel 2022 03:24
Bu gün sizə "Azəriqaz" İstehsalat Birliyinin yeni tərtib etdiyi "Gallus" kartlarının "NFC" təminatı olan telefonlarda necə və hansı proqram təminatı ilə yükləmə qaydasını izah edəcəyik.
Qeyd etdiyimiz kimi, yalnız "NFC" təminatı olan telefonlarla "Gallus Pay" kartla yükləmə əməliyyatı etmək olur, yəni heç bir yerə getmədən "Smart Gallus Pay" sayğaclardan ödəniş əməliyyatı edə bilirik.
Bunun üçün ilk olaraq "Play Market" və ya "App Store"dan "E Manat+" proqramı yükləyirik. "E manat+" proqram təminatını açırıq, "ödəniş et" bölməsinə seçirik. "Kommunal Azəriqaz" və "Azəriqaz Gallus pay" pəncərəsinə daxil oluruq. Kartı telefonun alt hissəsinə tutduqda kartda olan məlumatlar telefonda əks olunur. Sayğacın nömrəsi, abonent kodumuz və ödəniş növü qeyd olunur. Ödəniş növünü seçərək "davam et" düyməsi, ondan sora məbləği daxil edirik. Yenidən "davam et" düyməsinə basırıq. Beləliklə kartın məlumatları əks olunur. Biz kartın nömrəsini, istifadə müddətini və cvv kodunu qeyd edərək qeyd etdiyimiz məbləğin "ödə" düyməsini sıxaraq istədiyimiz məbləği karta köçürmüş oluruq.
Məlumat üçün bildiririk ki, yaxın günlərdə əvvəlcədən ödənişli smart tipli ZENNER sayğaclarda da bu tətbiq aktivləşdiriləcək.