Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Qaçmaq sağlamlıq üçün təhlükəlidir?

Qaçmaq sağlamlıq üçün təhlükəlidir?

Tarix: 3 Aprel 2022 16:15

Alimlər sağlamlıq üçün qaçmağın təhlükəli olduğunu sübut ediblər.

Milli.Az oxu.az-a istinadən bildirir ki, tədqiqatçılar 40 cüt əkiz insan arasında sorğu keçirib, onların son bir neçə ildəki məşq vərdişlərini araşdırıblar.

Sorğunun nəticələri onların Axilles vətərinin keyfiyyəti ilə müqayisə edilib. Xüsusilə alimlər vətərin mexaniki sərtliyini tədqiq ediblər.

Məlum olub ki, bir əkizin digərindən daha aktiv olduğu cütlüklərdə aktiv fərdlərin vətərləri orta hesabla 28% daha sərt olub.

Tədqiqatçılar həmçinin belə nəticəyə gəliblər ki, basketbol və qaçış kimi ayaqları yerdən tamamilə üzən məşqlər üzgüçülük və ya velosiped sürmək kimi idman növlərilə müqayisədə Axilles vətərinə daha mənfi təsir edir.

Tədqiqatçılar belə qənaətə gəliblər ki, ayaqların yerdən qaldırılmasını nəzərdə tutulan müntəzəm məşqlər Axilles vətərinin həddindən artıq zədələnməsi riskini artıra bilər.

Milli.Az


Etiketlər:  Qaçmaq sağlamlıq üçün təhlükəlidir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ