Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

London Rusiyaya qarşı sanksiyaları artıracaq

London Rusiyaya qarşı sanksiyaları artıracaq

Tarix: 3 Aprel 2022 23:04

Böyük Britaniya hökuməti Rusiya Federasiyasına qarşı sanksiyaları sərtləşdirmək və Kiyevə göstərilən hərbi dəstəyi artırmaq niyyətindədir.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə TASS agentliyi Böyük Britaniyanın Baş naziri Boris Consonun bəyanatına istinadən məlumat yayıb.

"Biz sanksiyalarımızı genişləndiririk, Ukraynaya hərbi dəstəyi və insanlara kömək etmək üçün humanitar yardım paketini artırırıq",- deyə Conson bildirib.

Bundan əvvəl Avropa Parlamentinin aparıcı fraksiyasının - Avropa Xalq Partiyasının rəhbəri Manfred Veber Rusiya Federasiyasından enerji təchizatına tez bir zamanda embarqo qoyulmasının vacibliyinə toxunaraq sanksiyaların sərtləşdirilməsinə çağırış edib.

Milli.Az


Etiketlər:  London Rusiyaya qarşı sanksiyaları artıracaq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ