Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Aprel 2022 07:20
"Ukrayna başqa dövlətlərdən təhlükəsizlik zəmanəti aldıqdan sonra Rusiya ilə danışıqlar masasına otura bilər".
Sonxeber.net APA-ya istinadən xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski bildirib.
"İndi biz real, icra edilə bilən zəmanətlərlə maraqlanırıq. Beş ölkə buna təminat verməlidir. Ola bilsin ki, hətta üç ölkə də Ukrayna üçün tam hüquqlu müdafiəyə zəmanət versin. Yalnız bundan sonra biz Rusiya ilə bir masa ətrafında otura bilərik", - deyə Zelenski bildirib.