Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

“Ukraynada qadınları zorlayan ruslar tapılacaq”

“Ukraynada qadınları zorlayan ruslar tapılacaq”

Tarix: 5 Aprel 2022 07:15

"Zorlama açıq şəkildə müharibə cinayəti kimi müəyyən edilib, yəni bu cür cinayətlərin məhdudiyyət müddəti yoxdur".

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, bu barədə Ukraynanın daxili işlər naziri Denis Monastırski bildirib.

"Zorlama birmənalı olaraq müharibə cinayəti kimi təsnif edilir, bu isə o deməkdir ki, belə cinayətlərin müddəti yoxdur. Nə zaman günahkar tapılsa, o, istənilən halda cavab verəcək. O, axtarışa veriləcək, istənilən ölkədə saxlanılaraq, Ukrayna ədliyyəsinə təhvil veriləcək", - o bildirib.

Nazir qeyd edib ki, hüquq-mühafizə orqanlarının əməkdaşları işğaldan azad edilmiş ərazilərdə fəal işləyir, cinayət sübutları, DNT materialları toplayır.

Bununla belə, nazir bildirib ki, təcavüzkarların özləri ilə yanaşı, onların komandirləri də cəzalandırılacaq.

"Təkcə belə cinayətləri bilavasitə törədən şəxs məsuliyyət daşımayacaq, həm də reaksiya verməyən, üstəlik, bu cür cinayətlərə təkan verən, bu cinayətlərə yol verən komandir də tapılacaq və cavab verəcək", - Monastırski deyib.

O əlavə edib ki, Milli Qvardiya işğaldan azad edilmiş ərazilərdə hərbi hissənin döyüşçülərinin siyahısını tapıb və bu siyahılardan Kiyev vilayətinin ərazisində kimlərin olduğunu müəyyən etmək mümkündür.

Milli.Az


Etiketlər:  Ukraynada qadınları zorlayan ruslar tapılacaq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ