Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Xərçəngdən qorunmaq üçün BU ÇAYI için

Xərçəngdən qorunmaq üçün BU ÇAYI için

Tarix: 5 Aprel 2022 23:30

Berqamot ekstraktı xərçəngin müalicəsində faydalı təsir göstərə bilər.

Kalabria Universiteti və Salford Universitetinin alimləri belə qəaətə gəliblər. Onların bununla bağlı tədqiqatları "ScienceDirect" portalında dərc olunub.

Mütəxəssislər berqamotun tərkibində olan brutyeridin və melitidinin xolesterol fermentlərini inhibə etdiyini, xərçəng kök hüceyrələrinin bölünməsinin dayandırılmasına və ölməsinə kömək etdiyini müəyyənləşdiriblər.

Tədqiqatçılar, müasir tibbdə istifadə olunan statin preparatlarından fərqli olaraq, berqamotun ciddi yan təsirləri olmadığını qeyd ediblər.

Alimlər xərçənglə mübarizə üçün berqamotdan yeni, toksik olmayan dərmanlar yaratmaq üçün istifadə edilə biləcəyinə inanırlar.


Etiketlər:  Xərçəngdən qorunmaq üçün ÇAYI için


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ