Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

ABŞ Rusiyanın təmsil olunacağı G20 sammitində iştirakdan imtina edir

ABŞ Rusiyanın təmsil olunacağı G20 sammitində iştirakdan imtina edir

Tarix: 6 Aprel 2022 23:46

Amerika Birləşmiş Ştatları Rusiyanın təmsil olunacağı G20 ("Böyük iyirmilik") çərçivəsində görüşdən imtina edib.

Sonxeber.net "report"-a istinadən bildirir ki, müvafiq məlumatı ABŞ-ın maliyyə naziri Canet Yellenə istinadən CNN yayıb.

Birləşmiş Ştatlar və Prezident Bayden hesab edir ki, təcavüzkar dövlət G20-dəki yerini qorumamalıdır. Bunu istisna etmək lazımdır və İndoneziya hələ də Rusiya Federasiyasını dəvət etsə, dövlətlər sammitdə iştirakdan imtina edəcəklər.

"Prezident Bayden açıq şəkildə bildirdi və mən onunla razıyam ki, Rusiya heç bir maliyyə qurumunda özünü adi kimi apara bilməz. O, Rusiyanın G20-dən xaric edilməsini istədi və mən İndoneziyadakı həmkarlarıma aydınlaşdırdım ki, əgər rusiyalılar orada olarsa, biz bir sıra görüşlərdə iştirak etməyəcəyik", - Yellen bildirib.

Xatırladaq ki, martın sonunda Bayden Rusiyanın G20-dəki yerinin alınmasını təklif edib. Avstraliyanın "Putinlə bir masa arxasında oturmaq" istəyi olmayan Baş naziri də onunla razıdır. Bu yaxınlarda "Bloomberg" xəbər verib ki, ABŞ İndoneziyanı Putini sammitə dəvət etməməyə razı salmamağa çalışır.


Etiketlər:  ABŞ Rusiyanın təmsil olunacağı sammitində iştirakdan imtina edir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ