Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Araq içən adam oruc tuta bilər? - ''Allah qarşısında cavab verəcək''

Araq içən adam oruc tuta bilər? - ''Allah qarşısında cavab verəcək''

Tarix: 7 Aprel 2022 16:02

Ramazan ayı başlayandan sonra məlum oldu ki, oruc tutanların sayı, ibadət edənlərdən qat-qat çoxdur. Bu isə bəzən müzakirə və mübahisələrə səbəb olur. Bəziləri elə düşünür ki, ibadət etməyən və yaxud başqa aylarda spirtli içkilər qəbul edən insanların oruc tutması yolverilməzdi. Bu iddialar nə dərəcədə doğrudur?

Dində ibadət etməyən insanların oruc tutmasıyla bağlı hər hansı məhdudiyyət varmı?

Sonxeber.net xəbər verir ki, dinşünas Samit Quliyev yenisabah.az-a açıqlamasında deyib ki, qeyri-aylarda ibadət etməyənlər Ramazan ayında oruc tutarsa, bu dinə görə, məqbul sayılır:

"Dində bu barədə heç bir məhdudiyyət yoxdur. Qeyri-aylarda ibadət etməyənlər Ramazan ayında oruc tutarsa, bu dinə görə, məqbul sayılır. Şəxsin oruc tutmasına qadağa qoyula bilməz".

S.Quliyev qeyd edib ki, digər aylarda ibadət etməyən şəxs, Ramazan orucuna görə, məsuliyyət daşımır:

"Təbii ki, yerinə yetirmədiyi vacib ibadətlərə görə, o, Allah qarşısında cavab verəcək. Sadəcə olaraq, o Ramazan orucunu tutarsa, buna görə, məsuliyyət daşımır. O, artıq oruclu sayılır. Onun ibadətinin qəbul olub-olmaması təbii ki, Allah-Təalanın qatındadır. Ona biz qərar verə bilmərik".


Etiketlər:  Araq içən adam oruc tuta bilər Allah qarşısında cavab verəcək


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ