Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Qonşu ölkələrdəki inflyasiya Azərbaycana təsir edə bilərmi? - VİDEO

Qonşu ölkələrdəki inflyasiya Azərbaycana təsir edə bilərmi? - VİDEO

Tarix: 7 Aprel 2022 18:12

Son vaxtlar qonşu ölkələrdə, eləcə də dünyanın aparıcı dövlətlərində inflyasiya sürətlə artıb. Belə ki, Türkiyədə bu göstərici 61,1 faizə, Rusiyada 20 faizə çatıb. ABŞ-da inflyasiya 7, Avropada isə 5 faizdən çox olub. İqtisadçı ekspert Elman Sadıqov deyir ki,həmin ölkələrdə baş verən proseslərAzərbaycana da təsirsiz ötüşməyəcək.

Ekspert hazırki infilyasiya rəqəmlərinin daha da artacağı qənaətindədir. Onun sözlərinə görə, xüsusilə qarşıdakı aylarda tikinti bazarında bahalaşma ola bilər.

Ancaq Azərbaycan hökuməti də qabaqlayıcı tədbirlər görməkdədir. Nazirlər kabinetinin son qərarı ilə anti-inflyasiya tədbirləri çərçivəsində sahibkarlığa yeni dəstək mexanizmi yaradılır. Belə ki, əsas ərzaq mallarının tədarükü ilə məşğul olanlar sahibkarlar üçün güzəştli kreditlərin verilməsi və kredit faizlərinin subsidiyalaşdırılması nəzərdə tutulub.

Eksperin fikrincə sözügedən qərar sahibkarların fəaliyyətinə müsbət təsir edəcək. Ancaq dünyada baş verən proseslər onu göstərir ki, bu il inflyasiyanın qarşısını tamamilə almaq mümkün olmayacaq.

Milli.Az xəzər tv-nin hazırladığı videomaterialı təqdim edir:

Milli.Az


Etiketlər:  Qonşu ölkələrdəki inflyasiya Azərbaycana təsir edə bilərmi VİDEO


RƏYLƏR