Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 Aprel 2022 18:20
2017-ci ildə törədilən qətldə ittiham olunan 71 yaşlı hip-hop ifaçısı The Kidd Creole ilə bağlı qərar qəbul olunub.
Sonxeber.net axşam.az-a istinadən xəbər verir ki, "TMZ"nin məlumatına görə, Nyu-York Ali Məhkəməsi reperin bu addımı qəsdən atdığı qənaətinə gələrək evsiz şəxsi bıçaqlamaqda təqsirli bilib.
Belə ki, 4 ildən sonra hadisənin təfərrüatları ortaya çıxıb. Məlum olub ki, Kidd sözügedən şəxsə iki bıçaq zərbəsi vurub. O, daha sonra bıçağı "Bronx" metro stansiyası yaxınlığındakı kanalizasiyaya atıb. Öldürülən şəxsin 55 yaşı olub.
Reperlə bağlı hökm mayın 4-də elan olunacaq.