Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Siyəzəndə 2 aya yaxındır itkin düşən şəxsin axtarışları aparılır (FOTO)

Siyəzəndə 2 aya yaxındır itkin düşən şəxsin axtarışları aparılır (FOTO)

Tarix: 12 Sentyabr 2019 10:18

Bakı. Samir Əli - Trend:

Siyəzəndə 2 aya yaxındır itkin düşən şəxsin axtarışları aparılır.

Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin Quba regional qrupundan Trend-ə verilən məlumata görə, Siyəzən rayonunun Yenikənd kənd sakini, 17 yaşlı Əlikram Fərzəliyev cari ilin iyul ayının 15-də səhər saatlarında yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb.

Əlikram Fərzəliyev əlamətləri belədir: Boyu 165 sm., orta bədən quruluşlu, saçlarının və gözlərinin rəngi qaradır. Evdən çıxan zaman onun əynində qəhvəyi rəngli köynək, göy rəngli cins şalvar və qara rəngli ayaqqabı olub.

Şəkildə gördüyünüz gənci tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə, həmçinin Siyəzən Rayon Polis Şöbəsinə 02330-4-13-03 şəhər, 051-772-06-06 və 070-330-31-83 (atası - İslam Fərzəliyev) mobil nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin

Siyəzəndə 2 aya yaxındır itkin düşən şəxsin axtarışları aparılır (FOTO) Siyəzəndə 2 aya yaxındır itkin düşən şəxsin axtarışları aparılır (FOTO)


Etiketlər:  Siyəzəndə yaxındır itkin düşən şəxsin axtarışları aparılır FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ