Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Elon Musk dünyanın ən varlı şəxsi seçilib

Elon Musk  dünyanın ən varlı şəxsi seçilib

Tarix: 7 Aprel 2022 23:08

Tesla və SpaceX şirkətlərinin təsisçisi Elon Musk Forbes jurnalının reytinqinə əsasən dünyanın ən varlı şəxsləri siyahısında birinci yeri tutub. Forbes jurnalı Musk-ın sərvətini 219 milyard dollar dəyərində qiymətləndirib. Bu isə reytinqin əvvəlki lideri olmuş Jeff Bezos-un (Amazon) sərvətindən daha çoxdur. Hələ keçən il Bloomberg və digər nəşriyyatlar Musk-ı Yer kürəsinin ən varlı şəxsi hesab edirdilər. Buna baxmayaraq Forbes reytinqində o, ikinci yeri tuturdu. Belə ki, həmin vaxt onun sərvəti 151 milyard dollar dəyərində qiymətləndirilirdi. Son 12 ay ərzində Musk-ın sərvəti 68 milyard dollar yüksəlib. Bunun sayəsində o, Jeff Bezos-u geridə qoyub.

Məlumata əsasən Jeff Bezos-un hal hazırki sərvəti 171 milyard dollar təşkil edir. 2021-ci ilin aprel ayında isə Bezos-un sərvəti 177 milyard dollar dəyərində qiymətləndirilmişdi. Musk-ın sərvətinin əsas hissəsini Tesla şirkətinin səhmləri təşkil edir. Belə ki, o, Tesla-nın 172.6 milyon səhminə sahibdir. Bu isə bütün şirkətin 17%-i deməkdir. Bu göstəricini pul ekvivalentinə çevirdikdə, 195.5 milyard dollar alınır. Musk-ın sərvətinin ikinci böyük aktivini SpaceX-in şirkətinin səhmlərinin 44%-i təşkil edir. Qeyd etmək lazımdır ki, bir neçə gün bundan öncə Musk həmçinin Twitter səhmlərinin 9.2%-ni əldə edərək sosial şəbəkənin ən böyük səhmdarına çevrildi. Forbes jurnalının yenilənmiş reytinqi ilə aşağı fotodan tanış ola blərsiniz.

Milli.Az


Etiketlər:  Elon Musk dünyanın varlı şəxsi seçilib


RƏYLƏR