Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 Aprel 2022 11:56
Almaniya kansleri Olaf Şolts bir neçə yüksək vəzifəli məmurun təzyiqinə baxmayaraq, Ukraynanın Rusiya ilə müharibəsi üçün yüksək texnologiyalı tanklarla təmin edilib-edilməməsi ilə bağlı yekun qərarını təxirə salır.
Sonxeber.net bildirir ki, bu barədə "Politico" bu məsələnin müzakirəsi ilə tanış olan mənbələrə istinadən xəbər verir.
Vitse-kansler və iqtisadiyyat naziri Robert Habek və xarici işlər naziri Annalena Berbok tərəfindən irəli sürülən planda təxminən 100 tank nəzərdə tutulur.
İlkin olaraq bu həftə bu məsələ ilə bağlı qərarın veriləcəyi gözlənilirdi. Amma indi kansler iddia edir ki, Almaniya bu cür ağır hərbi texnikanı tədarük etməzdən əvvəl ilk növbədə bu məsələdə Qərb müttəfiqləri ilə ortaq mövqe əldə etməlidir.
"Hesab edirəm ki, məhz bu məsələdə Almaniyanın xüsusi rol oynaması və xüsusi yol tutması ciddi səhv olardı", - o deyib.
NATO xarici işlər nazirləri çərşənbə və cümə axşamı Ukraynaya hərbi dəstəyi müzakirə ediblər, lakin tankların tədarükü ilə bağlı hər hansı təfərrüat açıqlamayıblar.
Almaniya rəsmiləri əvvəllər Berlinin Ukraynanı tank əleyhinə və zenit-raket kompleksləri ilə təmin etmək barədə fevralda tarixi qərarına baxmayaraq, Ukrayna əsgərlərinə onlardan istifadə etmək üçün təlimin həftələr və ya aylar çəkəcəyini iddia edərək, Kiyevi tanklar ilə təmin etməyi istisna etmişdilər.
Lakin məlum oldu ki, müharibə daha uzun sürəcək, rəsmilər deyirlər ki, onlar Ukraynanın sonrakı mərhələdə istifadə edə biləcəyi hərbi təchizat imkanlarını nəzərdən keçirməyə başlayıblar.
Aslan Məmmədov