Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ukraynaya dəstək üçün 30 il sonra qayıdırlar

Ukraynaya dəstək üçün 30 il sonra qayıdırlar

Tarix: 9 Aprel 2022 10:36

Məşhur ingilis rok qrupu "Pink Floyd" Ukrayna xalqına pul toplamaq üçün 30 ildən sonra mahnı çıxaracaqlar.

Sonxeber.net olay-a istinadən xəbər verir ki, "Hey Hey Rise Up" adlı  mahnıda qrup üzvləri Devid Gilmour və Nik Meyson "BoomBox"dan ukraynalı müğənni Andriy Xlivnyuk da çıxış edib.

1980-ci illərdə qrupdan ayrılan solist Rocer Uotersin layihədə iştirak etmədiyi bildirilib.

Qrup üzvləri mahnıdan əldə olunan gəlirin Ukrayna Humanitar Fonduna veriləcəyini söyləyiblər.

Kiyevdə olan və mahnını yazarkən qəlpə yarasından müalicə alan Xlivnyukla danışdığını bildirən Gilmour "Mahnının bir hissəsini telefonda onun üçün səsləndirdim və bəyəndi. Biz birlikdə işləməyi planlaşdırırıq", - deyə, bildirib.


Etiketlər:  Ukraynaya dəstək üçün sonra qayıdırlar


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ