Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Hökumət ada həbsxanasını turizm məkanına çevirib

Hökumət ada həbsxanasını turizm məkanına çevirib

Tarix: 11 Aprel 2022 15:32

Meksikanın Sakit okean sahillərində əvvəllər İslas Marias ada həbsxanasının yerləşdiyi kiçik arxipelaq indi turistləri qəbul etməyə hazırdır.

Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, bu barədə "Associated Press" xəbər verir. 

Qeyd edilir ki, Məryəm Ana adasına çatmaq hətta ən tələbkar turist üçün də asan olmayacaq: qeyri-sakit sularda beş saatlıq qayıqla səyahət qarşıdadır.

İslas Marias həbsxana koloniyası 1905-ci ildə dörd adadan ən böyüyü olan və Nayarit sahilindən 60 mildən çox məsafədə, insanların yeganə məskunlaşdığı Məryəm Ana adasında yaradılıb. Meksika sahillərində tez-tez baş verən qasırğaların zərər vurduğu həbsxana 2019-cu ildə bağlanıb.

Ölkə Prezidenti Andres Manuel Lopez Obrador onu ekoloji təhsil mərkəzinə çevirib və oradan 150-yə yaxın yeniyetmə keçib. İndi hökumət onu ziyarətçilərin dəniz quşlarını seyr edə və çimərliklərdən həzz ala biləcəyi ekoturizm obyektinə çevirib.


Etiketlər:  Hökumət həbsxanasını turizm məkanına çevirib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ