Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

OPEC: Neft təchizatı sahəsində tarixin ən nəhəng böhranı ola bilər

OPEC: Neft təchizatı sahəsində tarixin ən nəhəng böhranı ola bilər

Tarix: 11 Aprel 2022 23:26

"Rusiyaya qarşı sanksiyalar neft təchizatı sahəsində tarixin ən nəhəng böhranına səbəb ola bilər".

Sonxeber.net APA-ya istinadən xəbər verir ki, bunu OPEC-in baş katibi Məhəmməd Barkindo Avropa İttifaqının rəsmiləri ilə görüşdə bildirib:

"Rusiyaya qarşı hazırda qüvvədə olan və gələcəkdə tətbiq ediləcək məhdudiyyətlər tarixin ən böyük neft böhranlarından birinə səbəb olacaq. Rusiya neftinin təchizatının dayanması nəticəsində üzləşdiyimiz itkini kompensasiya etmək mümkün olmayacaq".

Onun sözlərinə görə, məhdudiyyətlər gündəlik 7 milyon barrel neft itkisinə səbəb olacaq. M.Barkindo həmçinin deyib ki, hazırda dünya bazarında yaşanan çalxalanma OPEC-in nəzarətində olmayan faktorlara əsaslanır.

Məhəmməd Barkindo eyni zamanda Avropa İttifaqı nümayəndələrini enerji məsələlərinə həssas yanaşmağa çağırıb.


Etiketlər:  OPEC Neft təchizatı sahəsində tarixin nəhəng böhranı bilər


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ