Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Avropada qazın qiyməti aşağı düşüb

Avropada qazın qiyməti aşağı düşüb

Tarix: 11 Aprel 2022 23:40

Avropada qazın qiyməti min kubmetr üçün 1150 dollardan aşağı düşüb.

Milli.Az APA-ya istinadən bildirir ki, Londonun ICE birjasının məlumatına görə, bazar ertəsi Avropada qaz fyuçerslərinin dəyəri 2 faiz ucuşlaşaraq min kubmetr üçün 1150 dollardan aşağı düşüb.

Hərracların açılışında qazın may fyuçerslərinin qiyməti 1151 dollar olub və ilk saatda 1778 dollar səviyyəsinə yüksəlib.

Ümumilikdə, gün ərzində kotirovkalar sabit dinamika nümayiş olunub. Bağlanışa kimi qiymət cümə gününün nəticələri ilə müqayisədə 2,3% ucuzlaşaraq 1142 dollar səviyyəsində qərarlaşıb.

Avropada qazın qiyməti fevralın sonundan etibarən güclü volatillik nümayiş etdirsə də ötən həftə ərzində 1100-1200 dollar olub.

Milli.Az


Etiketlər:  Avropada qazın qiyməti aşağı düşüb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ