Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Kliniki ölüm yaşayan məşhur Xalq artisti: "Ora işıqlı idi" - VİDEO

Kliniki ölüm yaşayan məşhur Xalq artisti:

Tarix: 12 Aprel 2022 15:05

ARB TV-nin "O Üz" verilişinin növbəti buraxılışı Xalq artisti Həmidə Ömərovaya həsr olunub.

Milli.Az xəbər verir ki, məşhur Xalq artisti övladını dünyaya gətirən zaman yaşadığı kliniki ölümdən danışıb:

"İşıq sürəti ilə uçurdum, qarşımda tunel var idi. Mən o işıqda atamın gözlərini gördüm. Xoşbəxt idim. Hiss edirdim ki, arxada uşaq ağlayır. Görməyən gözlərimlə görürdüm ki, arxada anam, yoldaşım var, amma mən onlar üçün rahat idim. Artıq öz missiyamı yerinə yetirib, dünyaya övlad gətirmişdim. O işıqlı dünyaya uçurdum, amma həkimlər məni qoymadı. Üzümü sillələyib məni bu problemli dünyaya geri qaytardılar".

Milli.Az


Etiketlər:  Kliniki ölüm yaşayan məşhur Xalq artisti Ora işıqlı idi VİDEO


RƏYLƏR