Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Təzyiqi salan ən güclü bitki - Çayınıza qatın

Təzyiqi salan ən güclü bitki - Çayınıza qatın

Tarix: 12 Aprel 2022 21:09

Kəklikotu bir çox evlərdə çaya və bəzi yeməklərə də əlavə olunur.

Bu ətirli otun bir çox faydalı xüsusiyyətləri var - orqanizmdə iltihabı azaldır, immun sisteminə müsbət təsir edir, viruslarla mübarizə aparır.

Lakin kəklikotunun ən böyük faydası onun hipotenziv təsiridir.
Medicina.az xəbər verir ki, aparılmış araşdırmaların nəticələrinə görə, kəklikotu yüksək arterial təzyiqi salır və ürək döyünməsini tənzimləyir.
Bundan əlavə kəklikotu orqanizmdə yaxşı xolesterinin səviyyəsini qaldırır və bununla da orqanizmə pis xolesterindən azad olmağa yardım edir.
Kəklikotu bir çox faydalı maddələrlə zəngin olduğundan (A, C, E, K vitaminləri, kalsium, kalium, fosfor, dəmir) damarların vəziyyətinə çox müsbət təsir edir, damarlarda iltihabın yaranmasının qarşısını alır. Bu çox vacibir ki, damarları daraladan və bununla da infarkt və insultun riskini artıran xolesterin sağlam damarlarda deyil, iltihablaşmış damarlarda yığılır.
Beləliklə, alimlər kəklikotunu bütün ürək-damar sistemi üşün ən faydalı bitkilərdən biri kimi qiymətləndirir, kəklikotu çayını içməyi tövsiyə edirlər.
Lakin təzyiqi aşağı olan insanlarda bu çay təzyiqin daha da aşağı düşməsinə səbəb ola bilər.

Milli.Az


Etiketlər:  Təzyiqi salan ən güclü bitki Çayınıza qatın


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ