Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Rafael Cəbrayılovun qardaşı saxlanıldı

Rafael Cəbrayılovun qardaşı saxlanıldı

Tarix: 13 Aprel 2022 11:44

Milli Məclisin sabiq deputatı, həbsxanada ölən Rafael Cəbrayılovun qardaşı Elşən Cəbrayılov saxlanılıb.

Milli.Az "Report"a istinadən bildirir ki, o, aprelin 11-də vətəndaşların şikayəti əsasında Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən tutulub.

Vətəndaşlar iddia edirlər ki, E.Cəbrayılov həmin şəxslərə qarşı dələduzluq edib. Hazırda araşdırma aparılır.

Xatırladaq ki, E.Cəbrayılov mərhum qardaşı R.Cəbrayıovun cinayət işi üzrə şahid qismində tanınır. O, daha əvvəl Bakı Ağır Cinayətlər Məhkəməsində dindirilib.

İttihama görə, Milli Məclisinin III, IV və V çağırış deputatı olmuş Cəbrayılov Rafael Kamil oğlu öz qulluq mövqeyindən istifadə edərək külli miqdarda ziyan vurmaqla dələduzluq törədib. Onun cinayət işi üzrə məhkəmə iclası hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır.

R.Cəbrayıov 2021-ci ilin sentyabr ayında Bakıdakı xəstəxanaların birində koronavirusdan dünyasını dəyişib.

Milli.Az


Etiketlər:  Rafael Cəbrayılovun qardaşı saxlanıldı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ