Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ramanada “Gender zorakılığı - cəmiyyətimizin faciəsi” adlı tədbir keçirilib

Ramanada “Gender zorakılığı - cəmiyyətimizin faciəsi” adlı tədbir keçirilib

Tarix: 30 Aprel 2019 18:00

Bakı. Trend:

Ramana qəsəbəsi 198 nömrəli tam orta məktəbdə Sabunçu Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə “Gender zorakılığı - cəmiyyətimizin faciəsi” adlı layihənin növbəti tədbiri keçirilib.

Ombudsman Aparatından Trend-ə verilən məlumata görə, tədbirdə Sabunçu Rayon İcra Hakimiyyəti başçısının müavini, Gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə monitorinq qrupunun rəhbəri Rəna Fərəcova, Azərbaycan Respublikası İnsan Hüquqları üzrə Müvəkkilinin nümayəndəsi Lamiyə Zeynalova, həmçinin Gənclər və İdman Nazirliyinin, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin əməkdaşları, rayonun tam orta məktəblərinin direktorları, müəllimlər, məktəblilər və valideynlər iştirak ediblər.

Tədbir ilk olaraq məktəblilərin mövzu ətrafında hazırladıqları rəsm əsərləri və divar qəzetlərinə baxış ilə başlandı. Daha sonra məktəblilər gender əsaslı zorakılıq mövzusu ətrafında hazırladıqları videoçarx və səhnəcikləri nümayiş etdirdilər.

Ombudsman Aparatının Elmi-analitik sektorunun baş məsləhətçisi Lamiyə Zeynalova çıxış edərək vurğulayıb ki, gender bərabərliyinin təmin olunması məsələsinə Müvəkkil Elmira Süleymanova tərəfindən mühüm diqqət yetirilir. Əhalinin digər qruplarının hüquqları ilə yanaşı, qadın hüquqlarının daha etibarlı müdafiəsi və təbliği, o cümlədən onların ölkənin ictimai-siyasi həyatında iştirakının dəstəklənməsi, qadın və kişilər arasında bərabər imkanlara nail olunması istiqamətində davamlı, əhatəli və sistemli tədbirlər həyata keçirilir.

Bununla yanaşı Aparatın əməkdaşı məişət zorakılığı, erkən nikah və təhsildən yayınma kimi halların qarşısının alınması sahəsində maarifləndirmə ilə bağlı Ombudsmanın çoxşaxəli fəaliyyətini diqqətə çatdırıb.

Sonda “Gender zorakılığı - cəmiyyətimizin faciəsi” adlı layihədə fəal iştirak edən məktəblilər Sabunçu Rayon Gənclər və İdman İdarəsi tərəfindən diplomlarla təltif olunublar.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Ramanada Gender zorakılığı cəmiyyətimizin faciəsi adlı tədbir keçirilib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ