Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 Aprel 2022 11:44
Futbol hakimi müsəlman futbolçu Musse Niahateyə Ramazan orucunu açmağa icazə vermək üçün "Maynz" və "Ayqsburq" arasında Bundesliqa matçını dayandırıb.
Sonxeber.net moderator.az-a istinadən xəbər verir ki, bu haqda "The Independent" nəşri məlumat yayıb.
"Maynz"ın mərkəz müdafiəçisi Niahate aprelin 2-dən Ramazan orucu tutur. Hakim 65-ci dəqiqədə onun su içməsinə imkan vermək üçün oyunu dayandırıb.
26 yaşlı fransalı müdafiəçi bir qurtum su içdikdən sonra hakimin yanına qaçaraq bu jestinə görə təşəkkür edib.
Xatırladaq ki, aprelin 12-də Almaniya çempionatının "Leypziq" - "Hoffenhaym" oyununda da iftara görə qısa fasilə verilmişdi. Hakimin matça qısa fasilə verməsində məqsəd meydan sahiblərinin müdafiəçisi Məhəmməd Simakanın oruc açmasına şərait yaratmaq olmuşdu.