Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Aprel 2022 20:02
Keçmiş türkiyəli siyasətçi, hazırda özünü "Məsih" kimi təqdim edən Hasan Məzarcı orucluqla bağlı qalmaqal yaradan açıqlama verib.
Sonxeber.net metbuat.az-a istinadən xəbər verir ki, onun sözlərinə görə, oruc tutanlar su içə bilər. "Bu, orucu pozmayacaq. Su içməyin orucu pozacağına dair dini hökmü ləğv etdim" deyən Məzarcı, bildirib:
"Susuz qalmağın zərərlərini bilirsiniz. Oruc tutanlar su içsək orucumuz pozulacaq deyə narahat olmasınlar. Suyu içib orucunuza davam edin. Bu hökmü ləğv etdim".