Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 Aprel 2022 13:02
Böyük Britaniyada artıq çəkidən əziyyət çəkən evdar qadın kamera qarşısında "fast food" yeyərək, yaxşı pul qazanır.
Sonxeber.net oxu.az-a istinadən bildirir ki, 25 yaşlı üç uşaq anası Antonia Qrem uzun müddət müxtəlif pəhrizlərin köməyi ilə arıqlamağa çalışıb. Lakin onların heç biri kömək etməyib.
Qadın öz halını istehza ilə qarşılayıb və bu barədə "TikTok"-da video paylaşıb. Paylaşım 7,6 milyon baxış toplayıb.
Şərhlərdə kimsə ona kamera qarşısında yemək yeməyi təklif edib. O, məsləhətə qulaq asaraq, "OnlyFans"da hesab açıb və həftədə iki dəfə "McDonald's", KFC və "Dominos" "fast food"larını yediyi videolar yaymağa başlayıb.
Hazırda Qrem bir oturumda üç min kilokalori yeyir və daha da kökəlir. Amma buna dəyər. Belə ki, ödənişli abunəçilər ona ayda 10 min funt sterlinqə qədər gəlir gətirir.