Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bakı polisi əməliyyat keçirdi - ''Yapon'' ləqəbli oğru 1 kq narkotiklə yaxalandı

Bakı polisi əməliyyat keçirdi - ''Yapon'' ləqəbli oğru 1 kq narkotiklə yaxalandı

Tarix: 13 Sentyabr 2019 10:39

Bakı. Samir Əli - Trend:

Bakıda polis əməliyyat keçirib.

Trend-in məlumatına görə, Sabunçu rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsi və Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində kriminal aləmdə "Yapon" ləqəbi ilə tanınan, əvvəllər məhkum olunmuş, 1981-ci il təvəllüdlü Həsənli Rauf Oxan oğlu Sabunçu rayonunun Bakıxanov qəsəbəsi, Qocayev küçəsi 27 saylı ünvanın qarşısında idarə etdiyi "KİA Optima" markalı 10 BZ 014 dövlət qeydiyyat nişanlı avtomobillə birlikdə saxlanılaraq Sabunçu rayon Polis İdarəsinin 13-cü polis bölməsinə gətirilib.

R.Həsənlinin üzərinə baxış keçirilərkən onun cibindən 5, 557 qram, avtomobilin yük yerindən isə 1 kiloqram 100 qram narkotik maddə olan marixuana aşkar edilərək götürülüb.

Faktla bağlı Cinayət Məcəlləsinin 234-cü (Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddəsilə cinayət işi başlanıb.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Bakı polisi əməliyyat keçirdi Yapon ləqəbli oğru narkotiklə yaxalandı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ