Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Oğuldan DƏHŞƏTLİ ƏMƏL: Anasını öldürdü, cəsədini yedi

Oğuldan DƏHŞƏTLİ ƏMƏL: Anasını öldürdü, cəsədini yedi

Tarix: 19 Aprel 2022 10:30

Çelyabinsk vilayətində 25 yaşlı oğlan məişət münaqişəsi zəminində anasını öldürüb. 

Sonxeber.net lent.az-a istinadən xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsinin region üzrə İstintaq İdarəsinin mətbuat xidməti məlumat yayıb.

Bundan sonra iki ay yarım ərzində gənc oğlan öldürülən qadının cəsədini hissə-hissə yeyib.

İstintaqın versiyasına görə, Zlatoust şəhərindəki evlərdən birinin mənzilində başından vurulub zorakılıqla öldürülmə əlamətləri olan yerli sakinin meyiti tapılıb.

Ölüm məişət münaqişəsi zamanı oğlunun vurduğu xəsarətlər nəticəsində baş verib. Hazırda şübhəli şəxs həbsdədir. Faktla bağlı sübutların toplanması və möhkəmləndirilməsi istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.

O,  təşkil etdiyi davaya görə mağazada saxlanılıb və dindirilmə zamanı anası və keçirdiyi təcrübələrdən danışıb. Gəncin aqressiyasına səbəb 48 yaşlı qadının oğluna özünə məxsus mənzilin açarlarını vermək istəməməsi olub.

Dindirilmə zamanı etiraf edib ki, mübahisə zamanı anasına əsəbiləşib və gücünü hesablamadan onu döyüb, ona görə də dünyasını dəyişib. Cəsədi eyvanda gizlətməyə qərar verib. O, həmçinin bildirib ki, aprelin 13-dək meyitdən tikələri kəsib, bişirib yeyib. 


Etiketlər:  Oğuldan DƏHŞƏTLİ ƏMƏL Anasını öldürdü cəsədini yedi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ