Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Rusiya və Ukrayna arasında hər hansı razılaşmanın perspektivlərini görmürəm''

''Rusiya və Ukrayna arasında hər hansı razılaşmanın perspektivlərini görmürəm''

Tarix: 19 Aprel 2022 11:56

Sonxeber.net TASS-a istinadən xəbər verir ki, Rusiya Federasiyasının BMT-dəki daimi nümayəndəsinin birinci müavini Dmitri Polyanski bildirib ki, hazırda Rusiya və Ukrayna arasında hər hansı razılaşmanın perspektivini görmür.

"BMT belə bir təkliflə (Rusiya Federasiyası və Ukrayna arasında humanitar məsələlərin müzakirəsi üçün görüş) əvvəllər də çıxış edib. Onlar əsasən, nizamlanmada tərəflərin mövqelərinin yaxınlaşdırılmasında müəyyən boşluq tapmaq istəyirlər", - o bildirib.

"Rusiya və Ukrayna arasında hər hansı razılaşmanın perspektivlərini mən şəxsən indi görmürəm, xüsusən də indiki vəziyyətdə".

Polyanski BMT-nin, eləcə də digər maraqlı beynəlxalq strukturların Rusiya Federasiyası Müdafiə Nazirliyində gecə-gündüz fəaliyyət göstərən humanitar məsələlər üzrə koordinasiya mərkəzində təmsil olunduğuna diqqət çəkib. "Onlar humanitar dəhlizlərin açılması ilə bağlı bütün təşəbbüslərdən xəbərdardırlar, Rusiya tərəfinin buna hazır olmasına baxmayaraq, Ukrayna tərəfinin təqsiri üzündən nə vaxt açılmadığını bilirlər. Onlarda bu barədə kifayət qədər məlumat var", - diplomat dedi.

Aslan Məmmədov


Etiketlər:  Rusiya Ukrayna arasında hər hansı razılaşmanın perspektivlərini görmürəm


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ