Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bu ölkə Rusiya neftindən tamamilə imtina etdi

Bu ölkə Rusiya neftindən tamamilə imtina etdi

Tarix: 21 Aprel 2022 14:04

Rusiya Federasiyasının Ukraynada hərbi əməliyyatına başladıqdan sonra Avstriya Rusiya neftini almaqdan imtina edib.

Sonxeber.net İnterfaks-a istinadən bildirir ki, bu haqda "Kurier" qəzeti OMV Qrupunun nümayəndəsinə istinadən yazır.

Qəzet Avstriya şirkətinin nümayəndəsindən sitat gətirir: "Rusiyada neft alışının həcmi həmişə çox aşağı olub, müharibə başlayandan biz onu bazardan başqa neftlə əvəz etmişik".

Ölkənin Statistika İdarəsi və Neft Sənayesi Assosiasiyasının məlumatına görə, 2021-ci ildə Avstriya neftinin yalnız 7,8%-i və ya 596 min ton idxalı Rusiya Federasiyasından olub.

Eyni zamanda, Qazaxıstan uzun illərdir Avstriyanın ən mühüm neft tədarükçüsü olub - bütün idxalın 38,9%-ni bu, təşkil edir. İkinci yerdə Liviya (22,1%), üçüncü yerdə İraq (20,7%) qərarlaşıb.

Aslan Məmmədov


Etiketlər:  ölkə Rusiya neftindən tamamilə imtina etdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ