Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Rusiya “Wikimedia”nı milyonlarla rubl cərimələyə bilər

Rusiya “Wikimedia”nı milyonlarla rubl cərimələyə bilər

Tarix: 22 Aprel 2022 09:10

"Wikipedia" onlayn ensiklopediyasının fəaliyyət göstərdiyi infrastrukturu dəstəkləyən qeyri-kommersiya təşkilatı "Wikimedia Foundation Inc" Ukraynadakı müharibə və Buçadakı hadisələrlə bağlı məqaləyə görə Rusiyada çoxmilyonluq cərimə ilə hədələnib.

Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, "Wikimedia"dan səkkiz milyon rubl cərimə tələb oluna bilər.

Aprelin 15-də bildirilib ki, Moskva məhkəməsi qeyd olunan kontenti silmədiyinə görə "Wikimedia", eləcə də "Google"a qarşı inzibati protokollar alıb. Aydınlaşdırılıb ki, qurumların Rusiyanın Ukraynada apardığı müharibə ilə bağlı məlumatı və ekstremizmə çağırışları silməkdən imtina etdiklərinə görə məsuliyyətə cəlb olunması nəzərdə tutulur.


Etiketlər:  Rusiya Wikimedianı milyonlarla rubl cərimələyə bilər


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ