Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 22 Aprel 2022 15:32
Rusiya prezidenti Vladimir Putinin payızda Bali adasında keçiriləcək iyirmilik qrupunun (G20) sammitinə gedib-getməyəcəyi ilə bağlı qərar hələ verilməyib.
Sonxeber.net TASS-a istinadən bildirir ki, bu barədə cümə günü jurnalistlərə dövlət başçısının mətbuat katibi Dmitri Peskov məlumat verib.
"Müvafiq qərar qəbul ediləndə sizə məlumat verəcəyik. Hələlik heç bir qərar verilməyib", - Kreml sözçüsü bildirib.
Bundan əvvəl G20-yə bu il sədrlik edən İndoneziyanın maliyyə naziri Şri Mulyani İndravati demişdi ki, assosiasiyanın sammitinə bütün G20 ölkələrinin liderləri, o cümlədən Rusiya prezidenti Vladimir Putin dəvət olunub.
Aslan Məmmədov