Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Ucqar kəndlərdə əhali kommunal ödəniş edə bilmir - VİDEO

Ucqar kəndlərdə əhali kommunal ödəniş edə bilmir - VİDEO

Tarix: 22 Aprel 2022 17:56

Son dövrlər birçox rayonlarda kommunal ödənişlərin daha asan və vaxtlı vaxtında ödənilməsi üçün  smarttipli sayğaclar quraşdırılıb. Ancaq bəzi ucqar yaşayış məntəqələrində bu təşəbbüs heç də asan görünmür. Çünki həmin kəndlərdə ödəmə terminallarının olmaması kəndlilərin işini daha da çətinləşdirir. Tovuzun Əlibəyli kəndinin sakinləri deyirlər ki, işıq və qaz sayğacları kartlarına pul yükləmək üçün kilometrlərlə yol qətib rayonun mərkəzinə getməli olurlar. Bu da əlavə xərc deməkdir.

Milli.Az Xəzər TV-yə istinadən xəbər verir ki, eyni problemdən İsmayıllının Diyallı kənd sakinləridə əziyyət çəkir. Burada da işıq sayğacı kartına ödəniş etmək üçün gərək, rayon mərkəzinə gedəsən.

Sakinlərin narahatçılığına son qoyacaq cavabı alabilmək üçün "Azərişıq" Açıq Tipli Səhmdar cəmiyyəti ilə əlaqə saxladıq. Qurumun mətbuat xidmətinin rəhbəriVaqif Aydınoğlu qeyd etdi ki, "Azərpoçt"un əksər kənd filiallarında ödəmə terminalları quraşdırılıb və sakinlər bütün communal ödənişlərini həmin terminallar vasitəsilə həyata keçirə bilərlər.

Milli.Az


Etiketlər:  Ucqar kəndlərdə əhali kommunal ödəniş edə bilmir VİDEO


RƏYLƏR