Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Hər gün darçınlı bal yedi...

Hər gün darçınlı bal yedi...

Tarix: 23 Aprel 2022 02:03

Qədim Misirdə darçından müalicəvi məqsədlər üçün istifadə edilib. Darçınla bal qarışımından isə müalicə məqsədilə həm Qədim Çində, həm də Qədim Misirdə müalicə məqsədilə istifadə edilmişdir.
Hər gün darçınla bal qarışımı yemək orqanizmdə bir çox faydalı proseslərə səbəb olur. Təbiətin iki faydalı nemətinin qarışımından hazırlanan məhsul əsil təbii antibiotikdir. Onun tərkibi bir çox vitamin və minerallarla zəngindir. Darçın öz tərkibinə görə əsil antioksidant sayılır. Darçın orqanizmin immum sistemini stimulyasiya edir, bağırsqları təmizləyir, həzm sistemini sürətləndirir, insanı soyuqdəymə xəstəliyindən qoruyur. Amma, mütəxəssislər qara ciyəri və böyrəklərin xəstəlikləri zamanı gün ərzində 3 qramdan artıq darçın yeməyi məsləhət bilmir. İltihab əleyhinə qeyri-steroid dərman preparatlarının qəbulu zamanı da gün ərzində 3 qramdam artıq darçın qəbul etmək məsləhət bilinmir. Balla darçın qarışımını hazırlayarkən bal bankasına darçın qatılıb qarışdırılır. Hər səhər bu qarışım çörəyin və ya peçenyenin üstünə sürtülərək yeyilir. Bir müddət sonra qarışımdan istifadə edənlər onun faydasını görürlər.

* Qarışım qanda xolesterinin miqdarını azaldır, infarkt riskini aradan qaldırır, ürək döyüntülərini normallaşdırır, arteriya və vena damarlarının divarını möhkəmlədir,ürək əzələsinin möhkəmlənməsin səbəb olur.
* Artritdən xilas olmaq üçün bir stəkan isti suya 2 xörək qaşığı bal və yarım çay qaşığı darçın əlavə edilib içilir. Bu qarışımı səhər acqarına və axşam yatmazdan əvvəl qəbul etmək lazımdır. Kopenhagen Universitetinin alimləri 200 könüllü artrit xəstəsi üzərində araşdırmalar aparmış və darçınla bal qarışımı qəbul edənlərdə 75% yaxşılaşma müşahidə etmişdir. Belə ki, balla darçın qarışımının antimikrob tərkibinin arteriyalarda əmələ gələn iltihab əılamətlərini aradan qaldırdığı aşkar edilmişdir.
* Soyuqlama xəstəlikləri zamanı gün ərzində bir neçə dəfə bal və darçın qarışımı qatılmış çay içildikdə xəstəliyin əlamətləri aradan qalxır və ağırlaşmalar müşahidə edilmir.
* Hər yeməkdən yarım saat qabaq bir stəkan suya bu qarışımdan 1 qaşıq əlavə edib içmək arıqlamağa səbəb olur.
* Yarım litr suda 2 xörək qaşığı bal və 1 xörək qaşığı darçın əlavə edilib qarışdırılır. Bu qarışımdan gün ərzində 3 dəfə içmək qanda xolesterinin miqdarını aşağı salır. Bir həftə ərzində bu qarışımdan içmək qanda xolesterinin miqdarını 10% aşağı salır.


Etiketlər:  Hər gün darçınlı yedi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ