Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Aprel 2022 12:42
Rusiya Federasiyası Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Avropa Komissiyasının Avropa ölkələri üçün Rusiya qazının pulunu rublla ödəməyə razılıq verməsi ilə bağlı xəbərlərə istehza ilə reaksiya verib.
Sonxeber.net TASS-a istinadən bildirir ki, "Avropa Komissiyası qazın rublla ödənilməsinə icazə verib və hesab edir ki, Rusiya prezidentinin fərmanı hələ də Avropa biznesi tərəfindən tətbiq oluna bilər. Biz avropalı tərəfdaşlarımızın ardıcıllığını və dürüstlüyünü yüksək qiymətləndiririk", - Medvedev Telegram kanalında yazıb və gülüş işarəsi qoyub.
O, "BVF-nin son məlumatlarına görə, Avropanın altı aydan çox olmayan müddətə Rusiya qazı olmadan davam edə biləcəyinə" diqqət çəkib. "Ancaq ciddi desək, onlar bir həftə belə davam etməyəcəklər", Rusiya Federasiyası Təhlükəsizlik Şurasının sədr müavini dedi.
Aslan Məmmədov