Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 Aprel 2022 23:36
Bədəndə su yığılmasının qarşısı alınmasa şişkinlik kimi problemlər yaradır. Bütün insanlarda ödəm, yəni bədəndə şişkinlik və su yığılması müşahidə oluna bilir.
Sonxeber.net medicina.az-a istinadən bildirir ki, ödəm toxumalar arasında bədəndəki mayenin artması nəticəsində yaranır.
Armud
Armud ən faydalı meyvələrdən biridir. Onun tərkibində vitaminlər, minerallar, qidali liflər, orqanik turşular və s. faydalı maddələr var. Yüngül sidikqovucu təsirə malikdir. Günün istənilən saatında yemək üçün idealdır. Saçlara və dəriyə müsbət təsir edir. Armud qidalı liflərlə zəngindir. Bu liflər bağırsaqların normal fəaliyyətinə kömək edir, bağırsaqları təmizləyir, qəbizliyin qarşısını alır. Süfrəmizdən az qala əksik olamayan meyvədə fol turşusu (B9 vitamini) çoxdur, kaliumla və C və K vitaminləri ilə zəngindir.
Ananas
Tropik meyvələrdən olan ananas faydalı meyvələrdəndir. Bədənin su yığılmasını azaldır, həzm sistemini yaxşılaşdırır. Adətən arıqlamaq üçün qəbul edilir. Ananasda olan zülal mayası, yeməklərdəki zülalları təsirli bir şəkildə təhlil edərək mədə və bağırsaqları hərəkətləndirir.
Qreyfurt
Qreyfurt sadəcə su yığılmasının qarşısını almır. Eyni zamanda orqanizmi toksinlərdən təmizləyir. Metabolizmanı gücləndirərək kilo verməyə təsiri olan qreyfurt, insulin təhlükəsini aradan qaldırır. Antioksidantlarla zəngin meyvədir.
Qaragilə
Qaragilə sidikyolu infeksiyalarını önləyir. Hipertoniyanın qabağını alır, qan damarlarının divarlarını bərkidir, ömrü uzadır.
Əncir
Hərgün 3 və ya 4 əncir yeyə bilərsiniz. Xüsusi ilə qadınlar üçün faydalı meyvədir. Əncir sidik qovucu xüsusiyyətinə malikdir. Qəbizliyin qarşısını alır.
Qarpız
Qarpız doyumlu qidalardandır. Tərkibi baxımından lif miqdarı sayəsində sidikqovucu xüsusiyyəti güclüdür. Bol-bol vitamin qaynağıdır. Antioksidan səviyyəsi yüksəkdir.
Manqo
Manqoda mineral və vitamin səviyyəsi olduqca yüksəkdir. Xüsusi dadı olan bir meyvədir. Tropik iqlim meyvəsi sayılan manqoda yüksək miqdarda C vitamini var.