Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Emin Əmrullayevdən məktəblərdəki yığımlarla bağlı - Açıqlama

Emin Əmrullayevdən məktəblərdəki yığımlarla bağlı - Açıqlama

Tarix: 26 Aprel 2022 21:32

"Məktəblərdə qeyri-qanuni yığımlar illərdir müzakirə mövzusudur. Bununla bağlı həll yolu tətbiq edilməlidir".

Bunu təhsil naziri Emin Əmrullayev "ASAN Radio" yayımlanan "QəbuldASAN" verilişində deyib.

"Məktəbin daha təkmil fəaliyyəti üçün, məktəbə dəstək məqsədilə, könüllü əsaslarla və ianə oluna biləcək vəsaitlərin verilməsində problem görmürük. Valideynlərin məktəblərə könüllü şəkildə ianə verməsi ilə bağlı bir neçə model təqdim olunub. Yeni tədris ilindən pilot şəkildə tətbiqini planlaşdırırıq. Məktəblər bu işə könüllü qoşula bilər.

İnsanlar bunu faydasız hesab etsə, təbii ki, olmayacaq. Dünyanın hər yerində bu tipli assosiasiyalar var. Məqsəd pul yığımı yox, məktəblə valideyn arasında məsələləri tənzimləməkdir", - nazir qeyd edib.

Milli.Az


Etiketlər:  Emin Əmrullayevdən məktəblərdəki yığımlarla bağlı Açıqlama


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ