Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 Aprel 2022 07:58
Çində H3N8 quş qripinə insanın ilk yoluxma faktı qeydə alınıb.
Sonxeber.net "qafqazinfo"-ya istinadən xəbər verir ki, bu barədə Çinin Milli Səhiyyə Komissiyası məlumat yayıb.
Məlumata görə, infeksiya Henan əyalətinin Çjumadan şəhərində yaşayan 4 yaşlı uşaqda aşkarlanıb. Uşağın vəziyyəti pisləşdiyi üçün aprelin 10-da xəstəxanaya yerləşdirilib.
Komissiyanın ilkin qiymətləndirməsinə görə, H3N8 ştammı hələ insanlara effektiv şəkildə yoluxdurmaq qabiliyyətinə malik deyil. Bu səbəbdən genişmiqyaslı epidemiya riski aşağı olaraq qalır.