Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 Aprel 2022 18:14
Mənzil sahibi ilə kirayəçi arasında rəsmi kirayə müqaviləsinin olmaması ciddi mübahisələrə səbəb ola bilir. Tərəflər sonradan ya ödənişlə bağlı problemlə üzləşirlər, ya da kirayə müddəti başa çatarkən kirayənişin evdən çıxmaq istəmir.
Sonxeber.net Xəzər TV-yə istinadən xəbər verir ki, paytaxt sakini Maisə Əliyeva deyir ki, belə problemlərdən biri də onun bacısının başına gəlib. Belə ki, ev sahibi mənzilini satmaq istəyərkən kirayəçi evi tərk etməyəcəyini bildirib. Məsələ yalnız polisə müraciət etdikdən sonra həllini tapıb.
Əlaqə saxladığımız rieltorlar bildirirlər ki, vətəndaşlar daha çox vergi məsuliyyətindən yayınmaq üçün yazılı razılaşma ilə evlərini kirayə veririlər. Hüquqşünas Bəylər Məmişov isə deyir ki, xoşagəlməz halların qarşısını almaq üçün tərəflərin hər ikisinin də razılığı ilə şərtlər müəyyənləşdirilməli və bu şərtlər müqavilədə qeyd olunmalıdır.
Hüquqşünas tərəflərin rəsmi kirayə müqaviləsi bağlamasını tövsiyə edir. Çünki rieltorun iştirakı ilə bağlanan müqavilədə şərtlər sadə olur. 11 aydan artıq bağlanmış müqaviləninisə Daşınmaz Əmlakın Dövlət Reseystri Xidmətində qeydiyyata alınması mümkündür. Bəylər Məmişov həmçinin bildirir ki, vətəndaşlar rieltorların tərtib etdiyi yazılı razılaşma əsasında da məhkəməyə müraciət edə bilərlər.