Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ceyhun Bayramov Rusiya rəsmiləri ilə üçtərəfli bəyanatların icrasını müzakirə edib - FOTO

Ceyhun Bayramov Rusiya rəsmiləri ilə üçtərəfli bəyanatların icrasını müzakirə edib - FOTO

Tarix: 28 Aprel 2022 17:54

Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında Xəzər məsələləri üzrə ikitərəfli məsləhətləşmələr çərçivəsində 28 aprel 2022-ci il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov MDB-nin iştirakçı dövlətləri olan həmsərhəd dövlətlərlə Rusiya Federasiyasının dövlət sərhədlərinin delimitasiyası və demarkasiyası üzrə Rusiya Federasiyası Prezidentinin xüsusi nümayəndəsi, xüsusi tapşırıqlar üzrə səfir, Xəzər dənizi məsələləri üzrə Yüksək Səviyyəli İşçi Qrupda Rusiya nümayəndə heyətinin başçısı Mixail İvanoviç Petrakovun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Xarici İşlər Nazirliyindən Sonxeber.net-a verilən məlumata görə, görüşdən öncə Rusiya Prezidentinin xüsusi nümayəndəsi Mixail Petrakovun başçılıq etdiyi nümayəndə heyəti ilə Azərbaycan Respublikası Prezidentinin sərhəd və Xəzər dənizi məsələləri üzrə xüsusi nümayəndəsi Xələf Xələfovun rəhbərlik etdiyi nümayəndə heyəti arasında ikitərəfli məsləhətləşmələr keçirilib. Məsləhətləşmələr zamanı Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın implementasiyası ilə bağlı məsələlər, növbəti Xəzər Zirvə görüşünə hazırlıq, Xəzəryanı dövlətlər arasında hazırda razılaşdırma mərhələsində olan sahəvi əməkdaşlıq məsələləri ilə bağlı saziş layihələri ətrafında fikir mübadiləsi aparılıb.

Nazir Ceyhun Bayramovla görüş zamanı Xəzər məsələləri üzrə əməkdaşlıq, eləcə də delimitasiya və kommunikasiyaların açılması da daxil olmaqla, Azərbaycan Respublikası Prezidentinin, Ermənistan Respublikası baş nazirinin və Rusiya Federasiyası Prezidentinin üçtərəfli bəyanatlarının icrası ilə bağlı məsələlər müzakirə edilib.

Həmçinin, ikitərəfli gündəliyin geniş spektrini əhatə edən məsələlər üzrə də fikir mübadiləsi aparııb.


Etiketlər:  Ceyhun Bayramov Rusiya rəsmiləri ilə üçtərəfli bəyanatların icrasını müzakirə edib FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ