Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Tramp: Misir Prezidenti mənim sevimli DİKTATORUMDUR

Tramp: Misir Prezidenti mənim sevimli DİKTATORUMDUR

Tarix: 14 Sentyabr 2019 10:56

Bakı. Trend:

ABŞ Prezidenti Donald Tramp Misirin lideri Abdəl Fəttah əs-Sisini özünün "sevimli diktatoru" adlandırıb.

Trend-in məlumatına görə, o, bunu Fransada keçirilən "G7" iclasının fasilələri zamanı deyib.

Misir Prezidenti ilə görüşə hazırlaşarkən D.Tramp yüksək səslə "Mənim sevimli diktatorum haradadır" - deyə, soruşub. Həmin vaxt onun yanında həm ABŞ, həm də misirli məmurların olduğu deyilir.

Şahidlər amerikalı liderin bu fikri zarafatla səsləndirdiyini qeyd edirlər. Əs-Sisinin bunu eşidib-eşitməməsi barədə isə bir məlumat yoxdur.


Etiketlər:  Tramp Misir Prezidenti mənim sevimli DİKTATORUMDUR


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ