Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 Sentyabr 2019 13:09
Bakı. Trend:
CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti sentyabrın 12-də 63,44 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 2,12 dollar/barel azdır.
Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.
FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 62,69 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 2,27 dollar/barel azdır.
Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 58,02 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 2,21 dollar/barel azdır.
Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 60,82 dollar/barel olub, bu da əvvəlki göstəricidən 2,25 dollar/barel azdır.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin