Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Bu ölkədə maska qadağası iyunun 15-dək uzadılıb

Bu ölkədə maska qadağası iyunun 15-dək uzadılıb

Tarix: 29 Aprel 2022 21:22

İtaliyada COVID-19 epidemiyasına qarşı tədbirlər çərçivəsində ictimai nəqliyyatda və bütün qapalı məkanlarda qoruyucu maskalardan istifadə öhdəliyi iyunun 15-dək davam edəcək.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə İtaliyanın səhiyyə naziri Roberto Speranza qərar imzalayıb.

Yeni qaydaya əsasən, ictimai nəqliyyatda, qatarlarda, təyyarələrdə, bərələrdə, şəhərlərarası avtobuslarda, eləcə də kinoteatr, teatr və bütün qapalı məkanlarda maskalardan istifadə tələbi qüvvədə qalacaq.

"Gimbe" Fondunun məlumatına görə, aprelin 20-26-sını əhatə edən dövrdə ölkədə koronavirusa gündəlik yoluxma sayı əvvəlki həftə ilə müqayisədə 22,7 faiz artıb.

Xatırladaq ki, İtaliyada martın 31-dən etibarən COVID-19-la bağlı xüsusi karantin rejimi ləğv edilib.

Milli.Az


Etiketlər:  Bu ölkədə maska qadağası iyunun 15 dək uzadılıb


RƏYLƏR