Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Üç mindən çox miqrant boğulub və ya itkin düşüb

Üç mindən çox miqrant boğulub və ya itkin düşüb

Tarix: 30 Aprel 2022 09:00

2021-ci ildə 3 mindən çox qanunsuz miqrant Aralıq dənizi və Atlantik okeanı vasitəsilə Avropaya doğru keçmək istəyərkən boğulub və ya itkin düşüb.

Milli.Az "Report"a istinadən bildirir ki, bu barədə BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının (BMT QAK) mətbuat katibi Şabia Mantu Cenevrədə keçirdiyi mətbuat konfransında bildirib.

BMT QAK-ın sözçüsü beynəlxalq ictimaiyyəti quru və dəniz yolu ilə təhlükəli səyahətlər zamanı qaçqınların və sığınacaq axtaranların qorunması üçün təcili dəstək verməyə çağırıb.

Onun sözlərinə görə, 2021-ci ildə Aralıq dənizində 1 924 nəfər və Şimali Afrikadan Kanar adalarına gedən 1 153 miqrant ölüb və ya itkin düşüb.

"Bu ilin əvvəlindən indiyədək daha 478 nəfər dənizdə ölüb və ya itkin düşüb", - Mantu qeyd edib.

Milli.Az


Etiketlər:  Üç mindən çox miqrant boğulub ya itkin düşüb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ