Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Buzovnada piyadanı vuran sürücü saxlanılıb

Buzovnada piyadanı vuran sürücü saxlanılıb

Tarix: 14 Sentyabr 2019 17:21

Bakı. Trend:

Buzovnada piyadanı vuraraq hadisə yerindən qaçan sürücü saxlanılıb.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, avqustun 30-da Xəzər rayonunun Buzovna qəsəbəsi ərazisində müəyyən edilməmiş avtomobillə yolu keçən qəsəbə sakini O.Səfərov vurulub və xəsarətlə xəstəxanaya yerləşdirilib.

Xəzər RPİ 2-ci PŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində piyadanın xəsarət alması ilə nəticələnmiş yol-nəqliyyat hadisəsini törədərək hadisə yerindən yayınan “VAZ-2109” markalı avtomobilin sürücüsü - Buzovna qəsəbə sakini Z.İbrahimov müəyyən edilərək saxlanılıb.


Etiketlər:  Buzovnada piyadanı vuran sürücü saxlanılıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ