Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 May 2022 08:02
Rusiya Prezidenti Vladimir Putin xüsusi hərbi əməliyyatı əvəzinə, mayın 9-da Ukraynaya rəsmən müharibə elan edə bilər.
Sonxeber.net CNN-ə istinadən bildirir ki, bu, hadisələrin mümkün ssenariləri arasında reallaşma səviyyəsi daha çox olan variantdır.
Bu, Kremlə mümkün qədər ehtiyat qüvvələri səfərbər etməyə, onları Ukraynanın yeni ərazilərini ələ keçirmək üçün atmağa imkan verəcək.
Ehtimal edilir ki, Rusiyada Qələbə Gününü qeyd etmək üçün ya Ukraynada hansısa hərbi nailiyyəti elan etmək, ya da hərbi əməliyyatların böyük eskalasiyasına ilham vermək, yaxud hər iki mesajı birlikdə vermək istəyəcək.
İndi Qərb rəsmiləri Rusiyanın Ukraynada böyük güc və texnika itkisini nəzərə alaraq müharibə elan etmək ssenarisini nəzərdən keçirirlər.
Britaniyanın müdafiə naziri Ben Uolles LBC Radio-ya verdiyi müsahibəsində deyib: "Düşünürəm ki, Putin özünün "xüsusi hərbi əməliyyat"ından kənarlaşmağa çalışacaq. O, indiyədək bir çox oyunlar oynayaraq zəmin hazırladı ki, desin: "Baxın, indi Ukraynada nasistlərə qarşı döyüşürük. Lakin mənə daha çox insan gərəkdir. Mənə daha çox rus top əti gərəkdir".
Eyni zamanda Rusiya mayın 9-da Donetsk və Luqansk vilayətlərini tam işğal etməyə, Odessaya hücumları gücləndirməyə və ya Mariupol şəhərin üzərində tam nəzarət olduğunu bəyan etməyə də çalışa bilər.