Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Avropa Komissiyasının Prezidenti Rusiyaya qarşı 6-cı sanksiya paketini açıqladı

Avropa Komissiyasının Prezidenti Rusiyaya qarşı 6-cı sanksiya paketini açıqladı

Tarix: 4 May 2022 11:22

"Bu gün biz altıncı sanksiyalar paketini təqdim edirik".

Milli.Az APA-ya istinadən bildirir ki, bunu Avropa Komissiyasının Prezidenti Ursula von der Leyen Avropa Parlamentində çıxışında deyib.

"Birincisi, Biz Buçada hərbi cinayətlər törətmiş yüksək rütbəli hərbi zabitlərin və digər şəxslərin siyahısını hazırladıq. Sizin kim olduğunuzu bilirik və siz törətdiklərinizə görə məsuliyyət daşıyacaqsınız.

İkincisi, biz Rusiyanın ən böyük bankı olan "Sberbank"ı və digər iki böyük bankı SWIFT-dən çıxarırıq.

Üçüncüsü, biz Putinin yalanlarını və təbliğatını aqressiv şəkildə yayımlayan üç böyük Rusiya dövlət yayımçısını efirimizdən çıxardırıq, onların yayımını qadağan edirik.

Nəhayət, biz Rusiya neftinə qadağa qoyulmasını təklif edirik. Gəlin açıq olaq: bu asan olmayacaq amma biz bunun üzərində işləməliyik. Biz əmin olacağıq ki, iqtisadiyyatlarımıza təsirini minimuma endirməklə, Rusiya neftindən imtinanı nizamlı şəkildə apararaq, Rusiyaya təzyiqi maksimum dərəcədə artıracayıq", Ursula von der Leyen deyib.

Milli.Az


Etiketlər:  Avropa Komissiyasının Prezidenti Rusiyaya qarşı 6 sanksiya paketini açıqladı


RƏYLƏR