Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 May 2022 23:42
ABŞ-da 37 qətl törətdiyi düşünülən və 1960-cı illərdən bəri axtarışda olan "Zodiac" ləqəbli qatilin verdiyi şifrəli məktub 51 il sonra deşifrə edilib.
Sonxeber.net xəbər verir ki, Kaliforniya ştatında 1960-1970-ci illər arasında 5 cinayətdən məsul olan və qəzetlərə "Zodiac" imzası ilə kodlanmış mesajlar göndərdiyi üçün "Bürc qatili" adı verilən cinayətkarın şəxsiyyətini ortaya qoyacağını vəd edən 340 simvoldan ibarət kod deşifrə edilib.
ABŞ kriptoqrafı David Orançak, avstraliyalı riyaziyyatçı Sam Bleyk və adı qeyd edilməyən belçikalı proqram tərtibatçısı tərəfindən bir neçə ay davam edən araşdırmadan sonra məktub deşifrə edilib: "Ümid edirəm məni tutmağa çalışarkən çox əylənəcəksiniz. Qaz kamerasından qorxmuram, çünki məni cənnətə daha tez göndərəcək. İndi mənim üçün işləyəcək kifayət qədər qulum var".
Səlahiyyətlilər açıqlama verib ki, deşifrə olunan bu məlumatlar qatili tapmağa çox da yardım etməyəcək və araşdırmanın davam etdiyi vurğulanıb. O, 1969-cu ildə qəzetlərlə əlaqə saxlayaraq və polisə zəng vuraraq özünü "Zodiac" kimi qələmə verib. Qatil 1960-cı illərdə yazdığı məktubda 37 nəfəri öldürdüyünü iddia edib. Sözügedən məktubdakı şifrəli mesajında "çox əyləncəli olduğu üçün öldürməyi sevirəm", - deyə qeyd edilib.
Məşhur rejissor David Finçer "Zodiac" adlı filmi ərsəyə gətirib. (publika.az)