Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

“ABŞ Rusiyaya qarşı yeni sanksiyalara açıqdır” - Bayden

“ABŞ Rusiyaya qarşı yeni sanksiyalara açıqdır” - Bayden

Tarix: 5 May 2022 07:48

"ABŞ Rusiyaya qarşı yeni sanksiyaların tətbiqinə həmişə açıqdır".

Milli.Az "Report"a istinadən bildirir ki, bunu ABŞ prezidenti Cozef Bayden deyib.

Prezident qeyd edib ki, bu həftə mövcud məsələ ilə bağlı G7 üzvləri ilə məsləhətləşəcək.

Avropa Komissiyasının prezidenti Ursula fon der Leyen bildirib ki, altıncı paket üçün təklif edilən sanksiyalar arasında "Sberbank" da daxil olmaqla üç Rusiya bankının SWIFT beynəlxalq ödəniş sistemindən çıxarılması, Rusiyanın üç əsas dövlət televiziya kanalının Aİ-də yayımlanmasına və Rusiya şirkətlərinə bir sıra avropalı mütəxəssislərin xidmətlərinin göstərilməsinə qadağa qoyulması var.

Milli.Az


Etiketlər:  ABŞ Rusiyaya qarşı yeni sanksiyalara açıqdır Bayden


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ