Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Normal nəbz necə olmalıdır? Normadan kənara çıxmasının SƏBƏBLƏRİ

Normal nəbz necə olmalıdır? Normadan kənara çıxmasının SƏBƏBLƏRİ

Tarix: 5 May 2022 08:12

Nəbz insanın sağlamlığının əsas göstəricilərdən biridir. Nəbz ürəyin yığılması zamanı əmələ gələn arteriyaların tərpənməsinin tezliyidir.

Nəbzin tezliyi müxtəlif faktorlardan asılıdır. Belə ki, insanın bədən hərarəti artdıqda nəbzin tezliyi də artır. Qida və isti maye qəbulundan, isti vannadan, massajdan sonra, stress, fiziki və əqli fəaliyyəti zamanı nəbzin tezliyi artmış olur. İnsan uzanaq vəziyyətdə olduqda nəbz daha asta, ayaq üstə olduqda isə daha tez olur. Qadınlarda menstrual dövrünün müxtəlif fazalarında nəbzin göstəriciləri dəyişilir. Bütün bunlar normal fizioloji hallardır.

Saglamolun.az bildirir ki, insanın nəbzi onun yaşından da asılıdır.

Uşaqlarda:

doğulduqdan dərhal sonra - dəqiqədə təxminən 140 vurğudur,

1 yaşına kimi - dəqiqədə təxminən 130 vurğudur,

uşağın 1 yaşından 2 yaşına kimi - diqiqədə təxminən 100 vurğudur,

uşağın 3 yaşından 7 yaşına kimi - diqiqədə təxminən 95 vurğudur,

8-14 yaşlar arası - uşağın 1 yaşından 2 yaşına kimi - diqiqədə təxminən 80 vurğudur,

Böyüklərdə normada sakit vəziyyətdə nəbzin tezliyi təxminən dəqiqədə 72 vurğu olur. Qadınlarda nəbzin tezliyi kişilərlə müqayisədə daha artıq olur - 70-80 vurğu, kişilərdə isə 60-70 vurğu. Peşəkar idmançılarda nəbzin tezliyi sakit vəziyyətdə adi insanla müqayisədə daha az olur.

Yaşlı insanlarda nəbz yavaşıyır və təxminən 65 vurğu olur. Ölümdən əvvəl (aqonal vəziyyət) nəbz kəskin artır və təxminən 160 vurğuya çatır.

Yuxarıda biz normal göstəriciləri qeyd etmişik. Lakin nəbzin artması və ya yavaşıması, ritmik olmaması hər hansı, bəzən də çox ağır xəstəliklərin əlaməti ola bilər. Şərq təbabətində nəbzin müxtəlif göstəricilərin əsasında xəstəyə diaqnoz qoyurdular.

Nəbzin düzgün ölçülməsi 1 dəqiqə ərzində həyata keçirilməlidir. Bəzən nəbzi 15 və ya 30 saniyə ərzində saymaq daha sonra isə 4-ə və ya 2-yə vurmaq tövsiyə edirlər. Lakin bu düzgün deyil.

Beləliklə, hansı hallarda insan mütləq həkimə müraciət etməlidir:

- nəbz insanda sakit vəziyyətdə 100 vurğudan artıq olduqda;

- insan fiziki işi qurtardıqdan 5 dəqiqə keçdikdən sonra  nəbz normaya düşmədikdə;

- nəbz 50 vurğudan az olduqda;

- nəbz çox zəif olduqda (nəbzi tapmaq çətin olur);

- nəbz ritmik olmadıqda (vurğular müxtəlif fasilələrdən sonra olur).

Nəbzin normadan kənara çıxmasının səbəbləri bu kimi ola bilər:

- ürəyin fəaliyyətində olan pozulmalara görə,

- ürəyin orqanik zədələnmələri zamanı - işemiya, ürək qusurları, miokardit və s.

- intoksikasiyalar və travmaların nəticəsində,

- hipotireoz, tireotoksikoz (qalxanvari vəzi xəstəlikləri) zamanı,

- kalium və maqnezium elementlərin mübadiləsində poaulmalar zamanı,

- insanın yaşı ilə əlaqədar olan dəyişiklərlə bağlı.

Milli.Az


Etiketlər:  Normal nəbz necə olmalıdır Normadan kənara çıxmasının SƏBƏBLƏRİ


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ